Aprelin 4-də Kompleksimizdə dünyanın qabaqcıl universitet təmsilçilərinin iştirakı ilə təhsil sərgisi baş tutdu. 32 universitet təmsilçisinin iştirakı ilə keçirilən sərgi 9-12-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı üçün nəzərdə tutulmuşdu.
Sərgidə iştirak etməklə şagirdlərimiz, universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşüb, onlara uyğun proqram seçimi haqqında, eləcə də, bakalavr dərəcəsi, Foundation proqramı, tam və ya qismən ödənişli təqaüdlər, təhsil haqqı, endirimlər, proqram üstünlükləri haqqında geniş məlumat əldə etdilər.
Sərgi şagirdlərin universitet seçimi barədə ətraflı məlumat əldə etməsi üçün olduqca faydalı oldu.