Kompleksimizdə Valideyn-Məktəb Tərəfdaşlığı (VMT) çərçivəsində görüş keçirildi.
VMT təşəbbüsü çərçivəsində təşkil olunan görüşdə valideynlərimizlə bir araya gələrək ortaq baxışımızı, dəyərlərimizi və gələcək hədəflərimizi müzakirə etdik. Aparılan səmimi qrup müzakirələri bir daha göstərdi ki, güclü məktəb icması açıq dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulur.
Bu mərhələdə əsas məqsədimiz valideynlərin məktəb həyatında daha fəal, məlumatlı və təsirli rol almasını dəstəkləyəcək platformanın əsasını qoymaq idi.
Bu görüş sadəcə fikir mübadiləsi deyil, ortaq gələcək üçün atılan ilk addım oldu.
Birlikdə düşünür, birlikdə qurur və birlikdə inkişaf edirik.
Göstərdikləri maraq və dəyərli töhfələrə görə bütün valideynlərimizə təşəkkür edirik. Qarşıdakı mərhələlərdə bu yolu yenə birlikdə davam etdirməyi səbirsizliklə gözləyirik.