Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Musiqi Məktəbi tərəfindən hazırlanan “Xoş Ovqatlı Yeni İl” proqramı bayram ab-havasına xüsusi rəng qatdı.
Proqram çərçivəsində pianino və skripkanın zərif səsləri, şagirdlərimizin ifa etdiyi mahnılar və xor çıxışları zalı musiqi, sevinc və birlik ruhu ilə doldurdu.
Səhnədə yaşanan bu anlar musiqinin insanları bir araya gətirən gücünü bir daha nümayiş etdirdi və bayramı iştirakçılar üçün yaddaqalan etdi.