Yoxsulluğun Ləğvi üzrə Beynəlxalq Gün

MTK Hero Background

Kompleksimizdə şagirdlərə qərarvermə prosesində və müzakirələrdə söz haqqı vermək hər zaman əsas prioritetlərimizdən biri olub. Bu yanaşma bu gün Yoxsulluğun Ləğvi üzrə Beynəlxalq Gün münasibətilə keçirilən tədbirdə bir daha öz əksini tapdı.

Tədbir zamanı şagirdlərimiz fəal iştirak edərək öz fikirlərini bölüşdülər və hər bir ailənin ləyaqət, hörmət və dəstək şəraitində yaşamasını təmin etməyə yönəlmiş müzakirələrə töhfə verdilər. Onların düşüncələri mövzunun mahiyyətini daha dərindən anlamağa imkan yaratdı.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı nümayəndələri Gülər Fətəli və Cəmilə Məmmədli, həmçinin Kompleksimizin Orta Məktəb üzrə bölmə rəhbəri İlahə Mahmudova və tarix müəllimi David Mark iştirak etdilər. Qonaqların iştirakı müzakirələrə fərqli baxışlar qazandırdı.

 

Qeydiyyat