14 fevral tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş “Poeziya işığında” adlı ədəbi-bədii tədbir təşkil olundu.
Tədbir ədəbiyyatın, sözün və kitabın dəyərini ön plana çıxaran xüsusi mühitdə keçirildi. Şagirdlər səhnədə müxtəlif şeirlər səsləndirərək nitq və ifadə bacarıqlarını nümayiş etdirdilər. Onların inamlı çıxışları və duyğunu auditoriyaya çatdırmaq bacarığı poeziyanın tərbiyəvi və estetik gücünü bir daha göstərdi.
Bu kimi təşəbbüslər şagirdlərdə mütaliəyə marağın artmasına, ədəbi zövqün formalaşmasına və fikirlərin sərbəst ifadəsinə şərait yaradır. Tədbirin sonunda iştirakçılara kitablar hədiyyə olundu və sertifikatlar təqdim edildi.
Kitabla böyüyən nəsil düşünən və dəyərləri ilə seçilən gələcəkdir.