18 Sentyabr - Milli Musiqi Günü: “Musiqinin əbədi sehrində”

MTK Hero Background

18 Sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Musiqinin əbədi sehrində” adlı konsert proqramı ilə qeyd olundu.

Konsert proqramı çərçivəsində Azərbaycan musiqi irsinin dəyərli nümunələri səsləndirildi, xalq çalğı alətləri ilə təqdim olunan ifalar tədbirə xüsusi ruh qatdı. Səhnə tərtibatı və musiqi nömrələri peşəkar səviyyədə hazırlanaraq dinləyicilərin böyük marağı və alqışları ilə qarşılandı.

Tədbirdə iştirakına görə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimova, onun ansamblına - Xalq artisti Elçin Həşimova, Əməkdar artist Elnur Əhmədova və Siyavuş Kərimova dərin minnətdarlığımızı bildiririk. Konsertdə ön sözlə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Minaxanım Babayevaya, eləcə də ifaçılar - Vüqar Quliyev (kamança), Aysel Şükürlü (kanon), Amil Bağırov (tar), xor kollektivinin bədii rəhbəri Nailə Məmmədova, məktəbin xoreoqrafı Turan Abdullayevaya və konsertin təşkilatçısı Elnarə Məcidovaya təşəkkür edirik.

Bu konsert milli musiqimizin zənginliyini və Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin əbədiliyini bir daha nümayiş etdirdi.

Qeydiyyat