20 Yanvar – Ümumxalq Hüzn Günü

MTK Hero Background

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaddaşına qanla yazılan faciədən 36 il ötür.

 

20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyi, müəllim və şagird heyəti Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı Vətənimizin azadlığı, suverenliyi və gələcək nəsillərin işıqlı sabahı naminə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların göstərdiyi fədakarlıq bir daha xatırlanıb. 20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmaz olduğunu və azadlıq ruhunun heç zaman susdurula bilməyəcəyini bütün dünyaya sübut edib.

Bu gün gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması, tariximizi dərindən dərk etməsi və şəhidlərimizin xatirəsinə hörmətlə yanaşması bizim mənəvi borcumuzdur.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Qeydiyyat