I Panel: “Getting Real Results: Putting AI Strategy into Action”

MTK Hero Background

Konfrans çərçivəsində keçirilən ilk panel “Getting Real Results: Putting AI Strategy into Action” mövzusuna həsr olundu. Panelin moderatoru Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təhsil strategiyaları üzrə konsultantı Nigar Əmrullayeva idi.

 

Paneldə “ASAN xidmət”in açıq innovasiya platforması olan ASAN AI Hub-ın rəhbəri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzində direktor müşaviri Ləman İbrahimova, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov və PASHA Holdingdə İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi üzrə Risk Meneceri Sona Talıbova iştirak etdi.

 

Panel çərçivəsində süni intellekt strategiyalarının real tətbiqi, süni intellekt əsaslı həllərin təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunması, təhsil sistemində rəqəmsal transformasiya və innovasiya ekosisteminin inkişafı ilə bağlı aktual mövzular müzakirə olundu.

 

Müzakirələr zamanı panelistlər süni intellektin təhsil işçiləri üçün yaratdığı yeni imkanlar, insan kapitalının inkişafı, süni intellekt savadlılığının artırılması, təhlükəsiz rəqəmsal mühitin qurulması və gələcək illərdə Azərbaycan təhsil sistemində gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşdülər. Panel iştirakçıları həmçinin süni intellektin yalnız texnoloji alət deyil, eyni zamanda qərarvermə, idarəetmə və öyrənmə proseslərini transformasiya edən strateji istiqamət olduğunu vurğuladılar.

 

Panel iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və təhsildə süni intellektin tətbiqi istiqamətində yeni baxışların formalaşmasına töhfə verdi.

Qeydiyyat