II Panel: “From Challenge to Change: How School Leaders Are Rethinking Learning with AI”

MTK Hero Background

Konfrans çərçivəsində keçirilən ikinci panel “From Challenge to Change: How School Leaders Are Rethinking Learning with AI” mövzusuna həsr olundu. Panelin moderatoru Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialının direktoru Atabəy Quliyev idi.

Paneldə ADA Universitetində müəllim və süni intellekt strategiyası və idarəetməsi üzrə ixtisaslaşmış mütəxəssis Dr. Rena Ələsgərova, Avropa Azərbaycan Məktəbinin CEO və direktoru, eyni zamanda Caucasus & Central Asia Association of IB World Schools təşkilatının sədri Francesco Banchini və Qarabağ Universitetinin Təhsil fakültəsinin dekanı, ali təhsil və akademik idarəetmə sahəsində 25 ildən artıq təcrübəyə malik təhsil lideri Dr. Kəklik Gözəlova iştirak etdi.

Panel çərçivəsində məktəblərdə süni intellektlə bağlı qərarvermə prosesləri, müəllimlərin bu prosesdə rolu, AI əsaslı sistemlərdə etik məsuliyyət və məktəblərdə təhlükəsiz AI inteqrasiyası ilə bağlı aktual mövzular müzakirə olundu.

Müzakirələr zamanı panelistlər süni intellekt dövründə müəllimin dəyişən rolu, gələcəyin məktəb liderliyi, müəllim hazırlığında yeni yanaşmalar və AI-nin təhsil sisteminə inteqrasiyası zamanı qarşıya çıxan çağırışlarla bağlı fikirlərini bölüşdülər. Panel iştirakçıları həmçinin süni intellektin təhsildə yalnız texnoloji transformasiya deyil, eyni zamanda idarəetmə, etika və insan mərkəzli yanaşmaların yenidən düşünülməsi üçün imkan yaratdığını vurğuladılar.

Panel iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və süni intellekt dövründə məktəb liderliyinin gələcəyi ilə bağlı yeni baxışların formalaşmasına töhfə verdi. 

Qeydiyyat