MTK Komandası Sevilyada CIS Seminarında

MTK Hero Background

12 noyabr 2025-ci il tarixində, CIS Global Forum-dan bir gün öncə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbər heyəti İspaniyanın Sevilya şəhərində yerləşən Universidad Loyola Andalucía universitetində keçirilən “Schools and Universities arasında Körpü” mövzusunda CIS seminarında iştirak etdi.

Seminarda MTK-nı Kompleksin CEO-su Tural Abbasov, Məktəb Direktoru Nelson Urrego, Maliyyə Direktoru Mehman Babayev və Universitet Məsləhətçisi Aysel Əliyeva təmsil etdilər.

Tamgünlük seminar ali təhsilə keçid, beynəlxalq tələbələrin rifahı, akademik uyğunlaşma və davamlılıq mövzularına həsr olundu. Dünyanın müxtəlif ölkələrindən məktəb məsləhətçiləri, universitet qəbul mütəxəssisləri və tələbə dəstəyi üzrə ekspertlər bir araya gələrək orta təhsildən ali təhsilə keçid prosesinin daha səmərəli təşkili yollarını müzakirə etdilər.

Sessiyalar çərçivəsində CIS-in tədqiqatlara əsaslanan Educational Transition Framework modeli təqdim olundu. Müzakirələrdə psixoloji rifah, inklüzivlik, mədəni və maliyyə çətinliklər, həmçinin Third Culture Kids (TCK) və xüsusi öyrənmə ehtiyacları olan şagirdlərin dəstəklənməsi kimi mövzulara xüsusi diqqət ayrıldı.

Bu seminar MTK üçün tələbələrin ali təhsilə hazırlıq prosesini daha da gücləndirmək, universitet yönümlü məsləhət xidmətlərini inkişaf etdirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək baxımından mühüm mərhələ oldu.

 

Qeydiyyat