Xankəndi filialımıza yeni direktor təyin olundu

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialının direktorunu qürurla təqdim edirik. Atabəy Quliyev təyinatından əvvəl Kompleksimizdə “Təhsilin inkişafı üzrə məktəb direktorunun müavini” vəzifəsində çalışmış həm təhsil idarəetməsində, həm də tədris sahəsində geniş təcrübəyə malikdir.

17 illik karyerasının son 11 ili ərzində beynəlxalq təhsil sahəsində tədris prosesinin təşkili, müəllimlərin peşəkar inkişafı, qiymətləndirmə sistemlərinin tətbiqi və valideyn-məktəb əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. O, Harvard Biznes Məktəbi tərəfindən təqdim olunan “Məktəb idarəçiliyi və liderlik” (CSML) proqramını (Məktəb strategiyası və innovasiyaların idarə olunması, tədris prosesinə liderlik, insanların idarə olunması və liderlik, dəyişikliklərin idarə olunması), həmçinin Cambridge Beynəlxalq Təhsil (CIE), Microsoft, TES və Beynəlxalq Məktəblər Şurası (CIS) tərəfindən keçirilən müxtəlif təlim və kursları uğurla tamamlamışdır.
 

Bundan əlavə, Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən “Fəxri fərman” ilə təltif olunmuşdur. O, hal-hazırda AMEA-nın doktorantıdır və elmi fəaliyyətlə də məşğul olur. Atabəy Quliyev yüksək keyfiyyətli təhsilin təmin olunmasını əsas məqsəd kimi qarşıya qoyan təhsil lideri olmaqla yanaşı, ailəsi ilə vaxt keçirməkdən, mütaliə və səyahət etməkdən zövq alan qayğıkeş ailə başçısıdır.
 

Yeni təyinatı münasibətilə Kompleksimiz adından Atabəy Quliyevi təbrik edir və ona müvəffəqiyyətlər arzulayırıq!

Qeydiyyat