Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Baş İcraçı Direktoru Tural Abbasov ABŞ-ın Kolumbiya Universitetinin (Columbia University) Özəl Məktəblərdə Liderlik (Private School Leadership) magistr proqramının məzunudur. Biznesin idarə edilməsi üzrə mütəxəssis olan Tural Abbasov Azərbaycanda beynəlxalq layihələrin idarə edilməsi sahəsində 17 ilə yaxın təcrübəyə malikdir. O, ölkənin bir çox təhsil təşkilatlarında çalışıb. T. Abbasov beynəlxalq layihələr və özəl sektorda xarici mütəxəssislər ilə birgə fəaliyyət göstərib.
Beynəlxalq məktəblərdə idarəetmə və modelləşdirmə, korporativ fandreyzinq, icma inkişafı üzrə təcrübəyə malikdir. Liderlik və kouçinq, beynəlxalq məktəblərdə maliyyə idarəçiliyi (London, PTC), storitellinq, biznes psixologiyası (Pearn Kandola, London) üzrə beynəlxalq sertifikatlar əldə edib. Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (ILO) “Öz biznesinə başla və inkişaf etdir” proqramı üzrə potensial master təlimçisidir.